Dünya

İsrailin Qəzzada atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumda 3 fələstinli həyatını itirib

26 Noyabr 2026, 09:14115
Reklam728x90
Reklam320x100

 

İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzza zolağının şimalında həyata keçirdiyi hava hücumunda 3 fələstinli həyatını itirib, 2 nəfər isə yaralanıb.

 

Avropa.info -nun məlumatına görə İsrail ordusu Qəzzanın şimalındakı əl-Tuffah məhəlləsini pilotsuz təyyarə ilə hədəfə alıb.

İsrailin hava hücumunda 3 fələstinli həyatını itirib, 2 nəfər isə yaralanıb.

İsrail ordusunun dünən Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 7 fələstinli həyatını itirib.

Qəzza zolağında 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusunun şəhərdə dinc sakinlərə qarşı hücumları davam edir.

Qəzza zolağında Səhiyyə Nazirliyinin son açıqlamasına görə, atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 1679 fələstinli həyatını itirib, 6100 nəfər isə yaralanıb.

İsrailin 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumi can itkisi 74 min 746, yaralıların sayı isə 176 min 234-ə çatıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600