Səudiyyə Ərəbistanının cənubundakı Cazan və Abha şəhərlərində hücum təhlükəsinə qarşı erkən xəbərdarlıq sistemi işə salınıb.
Avropa.info xəbər verir ki, Mülki Müdafiə Müdirliyi ABŞ-da yerləşən X şirkətinin sosial media platforması hesabından Cazan və Abha şəhərlərində erkən xəbərdarlıq sisteminin işə salındığını açıqlayıb, lakin təhlükənin mahiyyəti barədə məlumat verməyib.
Erkən xəbərdarlıq sistemi işə salındıqdan qısa müddət sonra Mülki Müdafiə Müdirliyi tərəfindən edilən ikinci açıqlamada sözügedən bölgələrdə “təhlükənin keçdiyi” ifadə edildi.
Son zamanlar Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurmalar artsa da, İranın dəstəklədiyi husilər onlara qarşı hücumlara görə məsuliyyət daşıyan Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alır.
Yəmən, 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi husilərin paytaxt Səna və bəzi əyalətlərə nəzarəti ələ keçirməsindən sonra başlayan vətəndaş müharibəsinə səhnədir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə dəstək verir.




