Vatikan prezidenti Papa XIV Leo paytaxt Limadakı Las Palmas aviabazasında şəxsi avtomobilindən xalqı salamlayarkən, atılan əşya onun üzünə dəyib.
Avropa.info xəbər verir ki, Papanın yolunu izləyən media qurumlarının və sosial mediada paylaşdığı görüntülərdə Papanın ağrıdan bir əlini üzünə qoyduğu, ancaq vasitənin dayanmadan irəliləməyə davam etdiyi görülüb.
Bildirilib ki, Papa Leo 14-ün zərbə nəticəsində xəsarət alıb-almaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Hadisəyə rəğmən xalqı salamlamağa davam edən Papa eyni marşrutla bir neçə metr aralıda əraziyə toplaşan insanların ona uzatdığı körpəni əlinə alıb.
Papa XIV Leo daha sonra Cənubi Amerika ölkəsinə səfərinin bitməsini simvolizə edən dini mərasimi keçirmək üçün qurbangaha getdi.
Diario Panorama qəzetinin xəbərinə görə, təşkilat rəsmilərinin açıqladığı məlumatlara əsaslanaraq, Limanın Santiago de Surco bölgəsindəki Las Palmas Hava Bazasında keçirilən mərasimə yüz minlərlə adam qatılıb.
Əslən ABŞ-dan olan Papa XIV Leo-nun Peruya səfəri onun bu ölkədə 20 ilə yaxın missioner kimi xidmət etdiyi üçün müəyyən mənada “evə dönüş” kimi qəbul edilir.
Limadakı bağlanış mərasimindən sonra Papa Uruqvay, Argentina və Peru da daxil olmaqla Cənubi Amerikaya 12 günlük turunu başa vurdu.




