Bildirilib ki, oktyabrın 9-da Mərkəzi Amerika ölkəsi Panamada baş verən 7,7 bal gücündə zəlzələdə yaralanan 2 nəfər ölüb.
Avropa.info xəbər verir ki, Panama səhiyyə rəsmiləri zəlzələdə tələfat olmadığını və müalicə altında olan yaralıların sayının 30-dan az olduğunu açıqlayıb.
Açıqlamada, təbii fəlakətdən sonra 2 yaralının həyatını itirdiyi, 13 mindən çox insanın isə fəlakətin qurbanı olduğu bildirildi.
Zəlzələnin episentri ölkənin kənd rayonlarından biri olan Azuero yarımadası elan edilərkən, şiddətli zəlzələnin yaşayış məntəqələrinə və yollara böyük ziyan vurduğu, zərərçəkənlərin ictimaiyyətin köməkliyi ilə çadırlarda və açıq ərazilərdə gecələdiyi bildirilib.
Son rəsmi balansa görə, evləri dağılmış və ya ciddi dağıntılar nəticəsində yaşayış üçün yararsız hala düşmüş 2 mindən çox insan 55 müvəqqəti sığınacaqda yerləşdirilib.
Zəlzələlərin sayı 1000-i keçib
Digər tərəfdən, oktyabrın 9-da baş verən 7,7 bal gücündə zəlzələdən sonra zəlzələlərin sayı 1000-i keçib.
Panamada hökumət ölkənin cənubunda baş verən 7,7 bal gücündə zəlzələdən sonra milli fövqəladə vəziyyət elan edib.




