02 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Dadaşov:”ABŞ İrana qarşı niyə müharibəyə başlamışdı”-qalib kim oldu

Sentyabr 2, 2026
Siyasət
A A

 

ABŞ–İran müharibəsinin nəticəsini yalnız hərbi müstəvidə qiymətləndirmək doğru deyil. Qarşıdurmanın enerji və geosiyasi nəticələri göstərir ki, əsas məqsəd İranın Çinin enerji təminatını nəzarətə götürmək idi. Doğrudur, İrana qarşı müharibədə İsrail faktoru da təsirli idi.

 

Artıq məlumdur ki, ABŞ faktiki olaraq 03.01.2026-cı il tarixdə prezident Maduronu oğurlayaraq Venesuelanı nəzarətə götürəndən sonra Çinin mühüm enerji mənbələrindən biri İrandan da neft ixracını məhdudlaşdırıb, məqsədinə nail olub.

Bunu Avropa.info-ya ABŞ-İran munaqişəsini şərh edərkən Milli Cəbhə Partiyasınin başqan müavini, siyası şərhçi Vüqar Dadaşov deyib.

Vüqar Dadaşov əlavə olaraq qeyd edib ki,Reuters-in 1 sentyabr məlumatına görə, İran təxminən yeddi həftədir Hörmüz boğazından əhəmiyyətli həcmdə xam neft ixrac edə bilmir. İyulun ortalarından etibarən İran neftinin Çinə yeni dəniz yüklərinin çatdırılması faktiki olaraq dayanıb. İranın xam neft yükləmələri martdakı gündə təxminən 2 milyon barrel səviyyəsindən avqustda 220–255 min barrel/gün həddinə düşüb. Son günlər isə ABŞ-ın dəniz blokadası səbəbindən İrandan Çinə neft daşınması mümkün olmayıb.

Xatırladaq ki, 31 avqustda Vaşinqton ABŞ-ın Venesuelanın təxminən 65 milyard barrel təsdiqlənmiş neft ehtiyatlarına çıxışını nəzərdə tutan yeni razılaşmanı açıqlayıb. Razılaşmaya əsasən, NABEP şirkəti 17 neft yatağı üzrə 100 illik konsessiyalar əldə edir; ABŞ hökuməti şirkətin ana strukturunda 35 faiz pay, həmçinin hasilatın 20 faizini maya dəyəri ilə almaq hüququ əldə edir və qalan 80 faiz üçün üstün satınalma hüququna malik olur. Qısası, Çinin əsas təchizatçılarından biri olan Venesuelanın nefti, enerji daşıyıcıları ABŞ-ın tam ixtiyarına keçməsi beynəlxalq müqavilə ilə rəsmiləşib.

Qaldı ki, Rusiyadan Çinə neft ixracı davam edir. Lakin Ukrayna müharibəsi və Kiyevin Rusiya neft infrastrukturu və emal zavodlarını hədəfə alması Rusiyada ciddi daxili yanacaq böhranı yaradıb. Moskva daxili tələbatı qarşılamaq üçün hətta Orta Asiya və Hindistandan yanacaq idxal etməyə məcbur olur.

Bu vəziyyətdə Çin üçün alternativ enerji mənbəyi kimi Qazaxıstan xüsusi əhəmiyyət daşıyır. Ancaq Qazaxıstan–Çin neft marşrutunun imkanları İranın əvvəlki ixrac həcmini əvəz etmək iqtidarında deyil. Ona görə də Mərkəzi Asiyanın əhəmiyyəti yalnız neftlə deyil, nüvə enerjisi üçün strateji xammalla da ABŞ-ın ehtiyacını artırır.

21 avqust 2026-cı ildə Çinin SNURDC şirkəti Qazaxıstanın milli atom şirkəti Kazatompromdan təbii uran konsentratı (U₃O₈) tədarükü üzrə razılaşma əldə edib. Xammalın çatdırılması Çinlə sərhəddə yerləşən Alashankou dəmir yolu ilə nəzərdə tutulur. Çin enerji təhlükəsizliyi üçün neftdə İran və Körfəz marşrutları, qaz və digər enerji resurslarında Rusiya, nüvə yanacağı sahəsində isə Qazaxıstan və Özbəkistan artıq xüsusi strateji əhəmiyyət daşıyır. Yəni, ABŞ-ın İran siyasəti təkcə Tehran üçün iqtisadi itkilərlə məhdudlaşmır. İranın neft ixracının uzun müddətə məhdudlaşdırılması Çinin enerji təminatına da birbaşa təsir göstərərək inkişafını əngəlləyir. Əlbəttə ki, ABŞ-ın İranla müharibəsinin yeganə məqsədinin Çin olduğunu demək doğru olmazdı. İranın zəiflədilməsi ABŞ–Çin strateji rəqabətində Pekinin enerji təhlükəsizliyinə əlavə və əlaqəli təzyiq yaradan mühit formalaşdırır.

Nəticə budur ki, İranın neft ixracı məhdudlaşır – Çin alternativ mənbələr axtarır – Qazaxıstanın nefti və uranı daha böyük strateji əhəmiyyət qazanır – ABŞ isə Körfəz və Venesuela daxil olmaqla alternativ enerji mənbələri üzərində təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Yəni, ABŞ–İran müharibəsinin yekununu yalnız hərbi qələbə və ya məğlubiyyət kimi qiymətləndirmək olmaz. Əsas məqsəd və nəticə enerji marşrutlarına, neft bazarına və Çin iqtisadiyyatının enerji təminatına nəzarəti əldə etməkdir. Hələ ki, ABŞ bu müharibələrin qalibi və qazanclı tərəfi kimi görünür.

Əvvəlki Yazı

Mendel:”Zelenski dayandırmaq istəmədiyi münaqişədə hamını günahlandıri”

Növbəti Yazı

Həkimlərin maaş artımı Mehriban Xanım Əliyevanın təşəbbüsüdür

XƏBƏR LENTİ

Həkimlərin maaş artımı Mehriban Xanım Əliyevanın təşəbbüsüdür

Həkimlərin maaş artımı Mehriban Xanım Əliyevanın təşəbbüsüdür

02 Sentyabr 2026 / 12:43
15
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:”ABŞ İrana qarşı niyə müharibəyə başlamışdı”-qalib kim oldu

02 Sentyabr 2026 / 11:21
81
Mendel:”Zelenski dayandırmaq istəmədiyi münaqişədə hamını günahlandıri”

Mendel:”Zelenski dayandırmaq istəmədiyi münaqişədə hamını günahlandıri”

02 Sentyabr 2026 / 10:59
1
ABŞ-ın təyyarədaşıyan gəmisi rekord qırdı: 286 gündən sonra Taylandda lövbər saldı

ABŞ-ın təyyarədaşıyan gəmisi rekord qırdı: 286 gündən sonra Taylandda lövbər saldı

02 Sentyabr 2026 / 10:26
13
İndoneziyada yenidən vulkan püskürüb – yüzlərlə sakinin təxliyyəsinə başlanılıb

İndoneziyada yenidən vulkan püskürüb – yüzlərlə sakinin təxliyyəsinə başlanılıb

02 Sentyabr 2026 / 10:17
9
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razı Nurullayev:“Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Azərbaycan Üzərindən Avropaya Birləşdirir”

02 Sentyabr 2026 / 10:08
93
Medvedev:”Zelenskinin təyyarələri hədələməsindən sonra Aİ siyasətçiləri ilə qatarları geri çağırıb”

Medvedev:”Zelenskinin təyyarələri hədələməsindən sonra Aİ siyasətçiləri ilə qatarları geri çağırıb”

02 Sentyabr 2026 / 10:01
14
Rusiya Silahlı Qüvvələri Kiyev vilayətində logistika mərkəzinə zərbələr endirib

Rusiya Silahlı Qüvvələri Kiyev vilayətində logistika mərkəzinə zərbələr endirib

02 Sentyabr 2026 / 9:52
14
İsrail ordusu ölkənin şimalında şübhəli hava hədəfini ələ keçirdiyini açıqlayıb

İsrail ordusu ölkənin şimalında şübhəli hava hədəfini ələ keçirdiyini açıqlayıb

02 Sentyabr 2026 / 9:38
18
İspaniyaya görə, İsrail və Rusiyanın qeyri-qanuni miqrant axınına təkan verdiyinə dair sübutlar var

İspaniyaya görə, İsrail və Rusiyanın qeyri-qanuni miqrant axınına təkan verdiyinə dair sübutlar var

02 Sentyabr 2026 / 9:31
14
Silivri sahillərində Türkiyə bayraqlı iki gəmi toqquşub

Silivri sahillərində Türkiyə bayraqlı iki gəmi toqquşub

02 Sentyabr 2026 / 9:30
22
Goranboydakı partlayışla bağlı üç nazirlik birgə məlumat yayib

Goranboydakı partlayışla bağlı üç nazirlik birgə məlumat yayib

02 Sentyabr 2026 / 9:23
13
Tramp Rusiyanın maliyyə naziri Siluanovun ABŞ-a səfərini şərh edib

Trampın yeni təhlükəsi: Folklend adaları

02 Sentyabr 2026 / 9:13
3
ABŞ hücum dalğasının tamamlandığını açıqladı

ABŞ hücum dalğasının tamamlandığını açıqladı

02 Sentyabr 2026 / 7:19
17
Bəhreyndə insanlar ən yaxın təhlükəsiz yerə getməyə çağırılıb

Bəhreyndə insanlar ən yaxın təhlükəsiz yerə getməyə çağırılıb

02 Sentyabr 2026 / 7:15
12
ABŞ və İran arasındakı son qarşılıqlı hücumlardan sonra neft qiymətləri kəskin artıb

ABŞ və İran arasındakı son qarşılıqlı hücumlardan sonra neft qiymətləri kəskin artıb

02 Sentyabr 2026 / 7:04
15
İsrail döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyyə bölgəsini vurub

İsrail döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyyə bölgəsini vurub

02 Sentyabr 2026 / 1:32
16
İsrail polis komissarı: Dünya İsraili qatil və yaramaz dövlət kimi görür

İsrail polis komissarı: Dünya İsraili qatil və yaramaz dövlət kimi görür

02 Sentyabr 2026 / 1:28
12
ABŞ-ın Karib dənizi və Sakit okeanda ölümcül hücumlarına BMT məruzəçilərindən reaksiya

ABŞ-ın Karib dənizi və Sakit okeanda ölümcül hücumlarına BMT məruzəçilərindən reaksiya

02 Sentyabr 2026 / 1:21
8
Paşinyan:”Türkiyə və Azərbaycanla  dövlətlərarası münasibətləri qurmağa çalışırıq”

Paşinyanın rus dilində danişmamasi diqqət çəkdi – Putinin köməkçisi:”Məncə əvvəllər görüşlərdə belə etmirdi”

02 Sentyabr 2026 / 1:07
21
Zelenski Rusiyanın hava məkanı ilə bağlı açıqlamalar verib

Zelenski Rusiyanın hava məkanı ilə bağlı açıqlamalar verib

02 Sentyabr 2026 / 1:00
12
İran mətbuatı: İran ABŞ-ın hücumlarına cavab verdi

İran mətbuatı: İran ABŞ-ın hücumlarına cavab verdi

02 Sentyabr 2026 / 0:54
22
İran Mərkəzi Bankının sədri: İranın xarici valyutası var və kifayət qədər var

İran İnqilab Keşikçiləri: ABŞ-ın hücumları Hörmüz boğazının kilidini daha da sıxır

02 Sentyabr 2026 / 0:49
21
Bank of America-nın vitse-prezidenti Nyu-Yorkun mərkəzində hücumda ölüb

Bank of America-nın vitse-prezidenti Nyu-Yorkun mərkəzində hücumda ölüb

01 Sentyabr 2026 / 23:50
11
İran ordusu ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücum edib

İran ordusu ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücum edib

01 Sentyabr 2026 / 23:44
13
Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı – Paylaşım

Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı – Paylaşım

01 Sentyabr 2026 / 23:18
18
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib-Fotolar

Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır

01 Sentyabr 2026 / 22:16
12
Tramp: İranla davam edən və ya planlaşdırılan danışıqlar yoxdur

ABŞ: İranda İnqilab Keşikçiləri Ordusunun hədəflərinə hücumlar etdik

01 Sentyabr 2026 / 22:03
16
Türkiyə İsrailin Qəzzada törətdiyi qırğınlarla bağlı əlavə dəlillər təqdim edəcək

Türkiyə İsrailin Qəzzada törətdiyi qırğınlarla bağlı əlavə dəlillər təqdim edəcək

01 Sentyabr 2026 / 20:27
14
Putin: Türkiyə xarici siyasət və iqtisadiyyat sahələrində bizim imtiyazlı tərəfdaşlarımızdan biridir

Putin: Türkiyə xarici siyasət və iqtisadiyyat sahələrində bizim imtiyazlı tərəfdaşlarımızdan biridir

01 Sentyabr 2026 / 19:02
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.