Bu gün Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Avropa.info xəbər verir ki, Memorandumu Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.