ABŞ İran və Çindən olan 6 şəxs və 6 təşkilata qarşı “İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) adından ballistik raket materiallarının tədarükündə rol oynadıqları” səbəbilə sanksiya tətbiq etmək qərarına gəlib.
Avropa.info-nun məlumatına görə ABŞ Maliyyə Nazirliyi “Xarici Aktivlərə Nəzarət Ofisi”nin (OFAC) yeni sanksiya qərarı ilə bağlı açıqlama verib.
Bəyanatda deyilir ki, İran və Çindən olan 6 şəxs və 6 təşkilata qarşı sanksiyalar onların ” Sepahın İnqilabı Keşikçiləri Korpusu adından ballistik raket materiallarının tədarükü şəbəkəsində rol oynadıqları” səbəbilə tətbiq edilib .
Bəyanatda həmçinin ABŞ-ın maliyyə naziri Skott Bessentin “İranın raket və digər silah imkanlarını aqressiv şəkildə inkişaf etdirməsi ABŞ və tərəfdaşlarının təhlükəsizliyini təhlükə altına alır” ifadəsi də yer alıb. Bəyanat verilib.