15 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Biz açar davası aparmırıq, hədəfimiz partiyanı yaşatmaqdır – MÜSAHİBƏ

Aprel 23, 2025
Siyasət
A A

İlyas İsmayılovun haqqa qovuşmasından sonra Ədalət Partiyasında kimin sədr seçiləcəyi ilə bağlı müzakirələr fikir ayrılıqlarına qədər gətirib çıxarıb. Problemin  Qurultayda həllini təklif edənlərlə yanaşı, bunun əleyhinə çıxanlar da var. Avropa.info-nun məlumatına görə, baş verənlərlə bağlı Ədalət Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Mütəllim Rəhimli modern.az-ın sullarına cavab verib.

– Ədalət Partiyasının Qurultayının mayın 17-də keçirləcəyi barədə məlumatlar yayılıb. Qurultaya hazırlıq necə gedir?

– Bizim qurultayın keçirilməsinin 4 ili martın 14-də tamam olub. Ədalət Partiyasının Nizamnaməsinin 5.1-ci maddəsinə əsasən, partiyanın ali orqanı dörd ildən bir çağırılan Qurultaydır. Əgər Nizamnamə tələbləri pozularsa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, partiyanın hüquqi statusu təhlükə altına düşmüş olar. Buna görə də Nizamnamə tələbini əsas götürərək partiyanın Siyasi Şurası Qurultayın keçirilməsi ilə bağlı lazımi prosedurlara başlamaq barədə qərar verdi. Siyasi Şuranın 11 nəfər üzvündən 7-si iclasa qatılmışdı və qərar yekdilliklə qəbul olundu. Onu da deyim ki, partiyanın rəhbərliyində təmsil olunan bəzi şəxslər Qurultayın çağırılmasını istəmirdilər və çalışırdılar ki, müvafiq strukturların iclaslarının kvorumu alınmasın. Bütün pozucu cəhdlərə baxmayaraq Siyasi Şurasının qərarına əsasən, aprelin 19-da Ali Məclisinin növbəti iclası keçirildi. İclasda Ali Məclis üzvlərinin 86 faizi (56 Rayon Təşkilatından 50 nəfər və qurultayda seçilmiş üzvlərdən 6 nəfər) iştirak edərək, Ədalət Partiyasının IX Qurultayının mayın 17-də keçirilməsi barədə yekdilliklə qərar qəbul etdi.

Daha sonra Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Artıq Təşkilat Komitəsi ilk iclasını keçirib və fəaliyyət qrafikinin hazırlanması üçün işlərə başlayıb.

– Partiyada narazı qrupların olduğu bildirilir. Onlar nədən narazıdırlar və nə istəyirlər? Ədalət Partiyasında parçalanma ola bilərmi?

– Partiya dinamik bir qurumdur. Onun sıralarını tərk edənlər də olur, yeni üzvlər də qəbul edilir. Biz uzun bir yol gedirik. Təəssüf ki, müxtəlif səbəblərdən hər kəs bu yolu sonuna qədər gedə bilmir. Bəzən təxribatlara, bəzən isə yalançı və şirnikləndirici vədlərə aldananlar olur, bəzən isə proseslərin inkişaf dinamikasının nəbzini düzgün tutmayanlar özləri ilə bərabər, ona rəğbət bəsləyənləri də uçuruma yuvarlayır. Nəticədə belə şəxslər zaman-zaman partiya sıralarını tərk edir və yaxud uzaqlaşdırılırlar. Ancaq biz istərdik ki, Ədalət Partiyasının qurulmasında, inkişafında kiçik zəhməti olan və həyatının hansısa mərhələsində siyasi taleyini bu partiyaya bağlamış istənilən üzvümüzü itirməyək, onu qoruyaq.

Bəli, etiraf etmək lazımdır ki, partiya daxilində narazı olan şəxslər var. Onların təkliflərini ümumiləşdirsək, belə ifadə etmək olar ki, əvvəlcə öz aralarında sədr seçsinlər və daha sonra bunu Qurultaya daşısınlar. Bu isə üzvlərin iradəsinə hörmətsizlik və Qurultayın formal xarakter daşıması deməkdir. Ona görə də həmin şəxslər Qurultayın keçirilməsinin əleyinədirlər. Buna baxmayaraq, biz onların irəli sürdükləri bütün təklifləri dinləməyə və dəyərləndirməyə çalışırıq. Partiya daxilində bəzi şəxslər bildirirlər ki, onlar Nizamnamə tələblərinə əməl etmədiklərinə – səlahiyyətlərini yerinə yetirmədiklərinə və ya pozuculuq fəaliyyətlərinə görə cəzalandırılmalıdırlar. Lakin düşünürəm ki, onlar bu partiyada müəyyən qədər əziyyət çəkmiş insanlardlr və onların əməyinə dəyər vermək lazımdır. Mərhum sədrimiz İlyas İsmayılov da deyirdi ki, insanın bir səhvinə görə ona qiymət vermək olmaz. Ona görə də hər kəsin səhv etmək imkanını nəzərə alaraq, ədalətli münasibət sərgiləməli və onları dialoqa çağırmalıyıq. Biz bütün təkliflərin müzakirəyə çıxarılmasını və partiya üzvləri tərəfindən qiymətləndirilməsini təmin etməyin tərəfdarıyıq. Belə bir məkan və qurum isə Qurultaydır. Ona görə də fikir ayrılıqlarını mediaya daşımamalı, şəxsi münasibətlərin gərginləşməsinə imkan verməməliyik. Hər kəs partiyanın Nizamnaməsinə əməl etməlidir. Zatən Ədalət Partiyasının üzvünə də bu yaraşır. Əks halda Mərkəzi Nəzarət Təftiş Komissiyası mübahisəli məsələlərə müdaxilə edərək, nizamnamə tələblərinin yerinə yetirilməsi üçün qərar vermək məcburiyyətində qala bilər.

– Mətbuatda belə bir informasiya yayıldı ki, Ali Məclisin iclası keçirilən gün partiyanın ofisinin kilidi dəyişdirilib və siz iclası foyedə ayaq üstə keçirməli olmusunuz. Ofisin qapısını kim bağlamışdı və bununla bağlı məsələ hazırda nə yerdədi?

– Bəli, çox təəssüf ki, belə hadisə baş verdi. Bizim milli dəyərlərimiz hətta düşmənin də üzünə qapını bağlamağı qadağan edir. Ona görə də bu hərəkətə heç cür bəraət qazandırmaq mümkün deyil. Lakin bizim mübarizəmiz açar, möhür, yaxud ofis davası deyil. Bizim hədəfimiz partiyanın ideologiyasına, onun siyasi kursuna sadiqlik nümayiş etdirmək, onu cəmiyyətin ən müxtəlif qatlarına çatdırmaq, partiyanı inkişaf etdirməkdir. Bunun üçün nəinki qapımız, bacamız, hətta ürəyimizin qapıları da hər bir üzvümüzə açıqdır.

– Belə bir məlumat yayıldı ki, Ali Məclisin iclasının qərarına partiya sədrini əvəz edən şəxs veto qoyub. Bu Nizamnaməyə nə qədər uyğundur və onu necə həll etməyi düşünürsüz?

– Ədalət Partiyasının Nizamnaməsində sədrin Ali Məclisin iclasının qərarına veto qoymaq hüququ var. Lakin bu əsaslandırılmalıdır. Biz bununla bağlı sədr səlahiyyətlərini həyata keçirən Meydan bəyin “qərarı”nı oxuduq və təhlil etdik. Orada göstərir ki, bəzi Siyasi Şura üzvləri, Ali Məclisin sədri və müavini iclasda iştirak etmədiyinə görə qərara veto qoyur. Əvvəla, Siyasi Şura üzvlərinin Ali Məclisin iclasında iştirakı tələb olunmur. Siyasi Şura icra orqanıdır, onun üzvlərinin qərarverici orqan olan Ali Məclisin iclasına heç bir aidiyyəti yoxdur. Ali Məclisin sədr və müavini, həqiqətən də, iclasa qatılmayıb. Ali Məclisin sədri o özüdür və bunu da bilərəkdən edib. Bu isə pozuculuq fəaliyyətidir, əsas deyil. İndi 65 nəfər Ali Məclis üzvündən 56 nəfər oturub Meydan bəyi gözləməlidir ki, nə vaxt daşı ətəyindən töküb iclasa qatılacaq! Həm də qeyd etdiyim kimi, iclasda Ali Məclis üzvlərinin 86 faizi iştirak edib və qərarlar yekdilliklə qəbul olunub. Ona görə də partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) və Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin bu “qərarı” dəyərləndirməsi və müvafiq qərar verməsi lazımdır.

Avropa.info

Əvvəlki Yazı

“Bizim heç bir münaqişə potensialımız yoxdur”-Peskov

Növbəti Yazı

Kəlbəcərdə ağır qəza, ölən var – VİDEO

XƏBƏR LENTİ

Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

15 İyun 2026 / 10:41
1
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

15 İyun 2026 / 10:32
17
Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

14 İyun 2026 / 13:45
9
Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
17
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
17
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
3
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
3
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
7
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
18
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

02 İyun 2026 / 23:20
9
Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

02 İyun 2026 / 16:09
66
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

02 İyun 2026 / 14:09
3
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

02 İyun 2026 / 13:05
35
“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

02 İyun 2026 / 11:39
54
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.