Təbii qaz yatağı ilə bağlı Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq sazişinin təsdiqi məqsədəuyğun hesab edilib
Avropa.info xəbər verir ki, Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişinin təsdiq edilməsi haqqında Qanun “Resmi Gazete”də dərc edilərək qüvvəyə minib.
Müvafiq olaraq, 2024-cü il mayın 14-də İstanbulda imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişi” təsdiq edilib.