Hadisə

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib -Ölən var

28 Fevral 2025, 13:5961
Reklam728x90
Reklam320x100

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

Avropa.info-nun məlumatına görə hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonu, Boşçalı kəndinin ərazisindən keçən 2-ci km-də baş verib.

Əliyev Ziya Muradxan oğlu idarə etdiyi “Hyundai IX-35” markalı avtmobillə Ələkbərov Vidadi Əkbər oğlunun idarə etdiyi “VAZ-21214” markalı avtomobil toqquşub. Zərbənin təsirindən “VAZ-21214” əks yola çıxaraq, Qəribov İsmayıl Əli oğlunun idarə etdiyi “Mercedes Benz Axor” markalı avtomobillə toqquşub. Nəticədə sürücü Vidadi Ələkbərov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600