19 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

27 sentyabr 2020-ci il, həm də 100 il əvvəl qırılan Türk xəttinin yenidən bərpası idi – Deputat

Sentyabr 25, 2025
Siyasət
A A

“27 sentyabr 2020-ci il müasir Azərbaycan tarixinin ən şərəfli tarixidir. Bu gün Azərbaycan xalqının dövlətinə, tarixinə, mədəniyyətinə, mənəviyyatına qarşı zülmə və təcavüzə son qoymaq, öz hüququnu müdafiə etmək və torpaqlarını işğaldan azad etmək üçün ayağa qalxdığı gündür”.

Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputatın sözlərinə görə, Azərbaycan arxasında böyük güclərin, dövlətlərin durduğu Ermənistanın işğalçılıq siyasətinə 30 il dözdü və işğalın beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün mübarizə apardı. “Lakin bu səylər nəticə vermədi. Dünyanın bəzi aparıcı gücləri və ermənilərin havadarları məsələnin ədalətli həllinə nail olmaq əvəzinə Ermənistanı işğalçılığa təhrik edib Azərbaycanı işğalla barışmağa sövq edirdilər. Azərbaycan isə bir qarış torpağın işğal faktı ilə barışmayacağını bəyan edib buna qarşı qətiyyətlə dayandı və mübarizə apardı. Azərbaycan öz iqtisadiyyatını gücləndirməklə qüdrətli ordu formalaşdırdı və məqamını gözlədi. Havadarlarına arxalanan Ermənistanın “Qarabağ Ermənistandır” düşüncəsini ortaya atması Azərbaycanın səbr kasasına sonuncu damlanı tökdü.

Dövlət başçısı 27 sentyabr 2020-ci ildə Ermənistana qarşı növbəti təxribatın cavabı olaraq “Dəmir yumruq” əməliyyatına başlamaq barədə əmr verdi”, – o qeyd edib.

Deputat bildirib ki, bu, təkcə torpaq uğrunda savaş deyildi, həm də bir millətin ruhu uğrunda gedirdi:

“İndiyədək torpaq uğrunda şəhid olanların qisası uğrunda gedən savaş idi. Şanlı Azərbaycan Ordusu düşməni 44 gün ərzində darmadağın edərək ağır məğlubiyyətə uğratdı və təslimçilik aktına imza atdırdı. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi.

Azərbaycan öz ərazi bütövlüyünü təmin etsə də, məsələ tam bitmədi. Çünki Qarabağda separatçı qüvvələr hələ də qalmaqda idi. Azərbaycan Xankəndidə yaşayan erməni separatçılarına sülh şəraitində yaşamaq barədə şərtlərini irəli sürsə də, onlar bunu qəbul etmədilər. Bu istiqamətdə 3 il ərzində aparılan danışıqlar və diplomatiya nəticə vermədi. Nəhayət, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağdakı separatizm yuvasına son qoyuldu və Azərbaycanın tam suverenliyinin təmin olunması istiqamətində addım atıldı. Bu antiterror əməliyyatı tarixdə analoqu olmayan bir hadisə idi. Yüz illik problem 23 saat ərzində həllini tapdı. Azərbaycan ərazisində separatizmə son verildi. Bununla da “böyük Ermənistan” ideologiyasının tabutuna sonuncu mismar vuruldu. Bu, eyni zamanda dünya erməniliyi üzərində böyük bir qələbə idi”.

Deputat əlavə edib ki, Azərbaycanın bu qələbəsi Ermənistanın havadarları tərəfindən həzm edilmədiyindən ölkəmizə qarşı basqılar davam etdi: “Qərbdən, Şimaldan, Cənubdan, Şərqdən ölkəmizə qarşı məkrli baxışlar, iti caynaqlar və nimdaş sifətlər aydın göründü. Buna baxmayaraq Azərbaycan bütün bu qüvvələrə qarşı duruş gətirib qələbə çaldı. Dünyada az belə dövlət və millət olur ki, bu cür təzyiqlərin qarşısında tab gətirsin, qürurunu və siyasi xəttini qoruyub saxlaya bilsin”.

O həmçinin qeyd edib ki, tam suverenliyimizi bərpa etdikdən sonra özünü dünyanın supergücü hesab edən ABŞ-nin keçmiş administrasiyası ilə Azərbaycan arasındakı münasibətlərdə gərgin anlar yaşandı: “Hətta Azərbaycan əleyhinə “907-ci düzəliş” yenidən gündəmə gətirildi. Lakin Azərbaycan bütün bu çətinliklərin qarşısında mətanətlə dayandı. Ölkə başçısının yürütdüyü uğurlu diplomatiya nəticədə öz bəhrəsini verdi. Növbəti qələbəyə isə 2 il sonra – 8 avqust 2025-ci ildə Vaşinqtonda nail olundu.

Cənubi Qafqazda sülh gündəliyinin memarı olan Azərbaycan Ermənistanla sülh sazişi parafladı. Təkcə sülh sazişi paraflanmadı, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində bir sıra sənədlər imzalandı. ABŞ-Azərbaycan münasibətlərinə ciddi əngəl yaradan “907-ci düzəliş” Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tarixin arxivinə göndərildi.

8 avqust Vaşinqton hadisəsi həm də dünya erməni lobbisi və erməniliyi üzərində növbəti qələbə idi. Bu, köhnə ABŞ administrasiyası, “Vaşinqton bataqlığı” üzərindəki qələbə idi.

Nəticədə ipə-sapa yatmayan Ermənistan isə təbəssümlü şəkildə Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh sazişi imzalamağa məcbur oldu. Ermənistanın Vaşinqtonda imzaladığı sülh şərtləri içərisində ən mühüm məqam isə Zəngəzur dəhlizinin açılması idi. Zəngəzur dəhlizi təkcə Azərbaycanın bir ərazisi ilə digər ərazisini birləşdirəcək yol kimi deyil, həm də vaxtilə Avrasiya coğrafiyasında – Uzaq Sibirdən Avropayadək uzanan türk xəttinin yenidən bərpası istiqamətində atılan addım idi.

Zəngəzur dəhlizinin açılması türk xəttinə yenidən can verəcək. Təsəvvür edin, bu müddətdə yaşayan türklərin böyük qismi assimilyasiya olundu, Şimali Qafqaz xalqları sürgün edildi. Türk xəttinin sonuncu qırılma ünvanı Zəngəzurun Ermənistana verilməsi oldu. İndi isə Zəngəzur xəttinin açılması onun bərpasına doğru atılan addımdır. Dünyada böyük güclərin iradəsi ilə qırılan Zəngəzur xətti indi yenidən bərpa olunur. Ona görə də Vaşinqton anlaşması mühüm tarixi əhəmiyyət daşıyır.

Son olaraq onu qeyd etmək istərdim ki, 27 sentyabr Azərbaycanın davamlı qələbələrinin əsasını qoyan şərəfli bir tarixdir”.

Əvvəlki Yazı

“Ulus” Fondu Vətən Savaşçıları abidələrinin monitorinqinə başlayır – FOTO

Növbəti Yazı

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

XƏBƏR LENTİ

Kitabxanada “Milli dəyərlərimiz” adlı bayram tədbiri keçirilib-Fotolar

Kitabxanada “Milli dəyərlərimiz” adlı bayram tədbiri keçirilib-Fotolar

18 Mart 2026 / 21:47
29
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

18 Mart 2026 / 12:09
8
Sumqayıtda Qubadlı ictimaiyyətinin iştirakı ilə möhtəşəm Novruz şənliyi keçirildi – FOTOLAR

Sumqayıtda Qubadlı ictimaiyyətinin iştirakı ilə möhtəşəm Novruz şənliyi keçirildi – FOTOLAR

18 Mart 2026 / 12:06
7
Lalə Azərtaşın verilişi də bağlandı

Lalə Azərtaşın verilişi də bağlandı

18 Mart 2026 / 0:50
5
Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan edildi

18 Mart 2026 / 0:48
6
DTX Prezidentin ailəsini şantaj edəni saxlayıb – VİDEO

DTX Prezidentin ailəsini şantaj edəni saxlayıb – VİDEO

17 Mart 2026 / 21:39
35
Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirilib-Foto

Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirilib-Foto

17 Mart 2026 / 12:49
22
“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

16 Mart 2026 / 23:39
22
“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın   kitab təqdimatı keçirilib-Foto

“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın  kitab təqdimatı keçirilib-Foto

16 Mart 2026 / 14:46
8
Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

16 Mart 2026 / 14:27
7
Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

16 Mart 2026 / 14:22
7
Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

16 Mart 2026 / 14:15
8
Reklamlarda dil eroziyası və kimlik problemi

Reklamlarda dil eroziyası və kimlik problemi

16 Mart 2026 / 13:16
21
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

16 Mart 2026 / 12:39
6
Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

16 Mart 2026 / 10:19
47
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

16 Mart 2026 / 10:08
110
Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
22
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
27
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
32
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
26
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
10
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
13
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
30
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
24
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
21
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
29
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
28
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
19
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
31
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
41
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.