Manşet

Xocalıya növbəti köç karvanı yola salındı -Fotolar

31 Yanvar 2025, 13:248
Reklam728x90
Reklam320x100

Yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınib.

Avropa.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə, ümumilikdə, 22 ailə – 94 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən artıq insan yaşayır.

 


Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600