Gündəm

Xocalı qurbanlarına həsr olumuş animasiya filmi yarımçıq qaldı – Elçin Ağazadədən ÇAĞIRIŞ -VİDEO\FOTO

22 Oktyabr 2024, 23:1613
Reklam728x90
Reklam320x100

Rejissor Elçin Ağazadə feysbuk hesabında maraqlı paylaşım edib.

Avropa.info xəbər verir ki, o, Xocalı qurbanlarına həsr olunmuş “Kölgəsiz Adamlar” animasiya filmi haqqında yazıb.

Rejissor qeyd edib ki, olduqca maraq doğuran bu layihə maddi durumdan dolayı yarımçıq qalıb, davam etdirməyə gücləri çatmır:

“Dəyərli dostlar, qürur hissi ilə sizə Xocalı qurbanlarına həsr olunmuş “Kölgəsiz Adamlar” animasiya filmimizin tizerini təqdim edirəm.

Ümid edirəm ki, yarımçıq qalmış bu layihə tezliklə tamamlanacaq. Soyqırıma məruz qalmış millətimin səsi ola biləcək bu layihə üçün əlimizdən gələni etmişik, lakin bundan artığına gücümüz çatmır.

Filmimiz bu yaxınlarda Türk ölkələri üçün animasiya filmləri tədbirində nümayiş üçün seçilib, lakin təəssüf ki, maddi imkanlar üzündən bu fürsətdən yararlana bilmədi….

Hal-hazırda layihəni tamamlayıb işıq üzü görməsi üçün sponsorlar və ya qrant dəstəyi axtarırıq. Ümid edirəm ki, illərdir göz nurunu bu layihəyə həsr edən rəssamlarımızın əməyi yerdə qalmaz.

Dəyərli dostlar, zəhmət olmasa, bu məlumatı paylaşaraq bizə dəstək olun. Bəlkə, bu layihə işıq üzü görə…”

Avropa.info

 

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600