Manşet

Ümummilli Lider anadan olmasının 103-cü ildönümü ilə bağlı virtual sərgi hazırlanıb

18 May 2026, 21:32116
Reklam728x90
Reklam320x100

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə hazırlanan virtual sərgi istifadəçilərə təqdim olunub.

Avropa.info xəbər verir ki, Virtual sərgi Ulu Öndərin zəngin həyat yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə faktlar “Həyat və fəaliyyəti”, “Rəsmi sənədlər”, “Haqqında kitablar”, “Mükafatlar”, “Xatirəsinin əbədiləşdirilməsi” və digər bölmələr üzrə oxucuların istifadəsinə verilib.

Virtual sərginin əsas məqsədi gənc nəslin Heydər Əliyevin zəngin siyasi irsi ilə yaxından tanış olmasına şərait yaratmaq, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, təhsil, mədəniyyət və elm sahələrinin inkişafına göstərdiyi diqqət və qayğını geniş şəkildə təbliğ etməkdir.

Sərgidə nümayiş olunan materiallar Ulu Öndərin həyatının müxtəlif mərhələlərini əks etdirməklə yanaşı, onun uzaqgörən siyasətçi, qətiyyətli dövlət xadimi və xalqına bağlı lider kimi fəaliyyətini də oxuculara təqdim edir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ölkənin beynəlxalq nüfuzunun artırılması və müasir dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatlar bu virtual ekspozisiyada xüsusi yer tutur.

Virtual sərgi həmçinin gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə, milli kimlik və dövlətçilik ənənələrinə bağlılığın formalaşdırılmasına xidmət edir. Heydər Əliyevin həyat və fəaliyyəti bu gün də Azərbaycan gəncləri üçün örnəkdir. Onun xalqına sədaqəti, dövlətə xidmət prinsipləri və milli maraqları hər zaman üstün tutması gələcək nəsillər üçün əsl liderlik məktəbidir.

Virtual sərgi oxuculara Ulu Öndərin irsini daha dərindən öyrənmək, onun ideyalarını gələcək nəsillərə çatdırmaq və Azərbaycançılıq məfkurəsinin əhəmiyyətini bir daha dərk etmək imkanı yaradır.

Sərgi ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://clb.az/elektron/Heyder%20Eliyev103/index0.htm

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600