Ölkə

SON DƏQİQƏ: Səhiyyə Nazirliyi hicabla bağlı açıqlama yaydı

15 Oktyabr 2026, 09:3034
Reklam728x90
Reklam320x100

Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır. Bununla bağlı bildirilir ki, sözügedən məktub saxtadır.

Avropa.info verir ki, bu, Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlamasında yer alıb.

“Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır.

Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır”, – birgə açıqlamada qeyd olunub.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600