Manşet

Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

21 Mart 2025, 22:0844
Reklam728x90
Reklam320x100

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Avropa.info xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Bahar bayramı münasibətilə təbrik məktubunuza görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirməkdən şərəf duyuram. Ənənəvi Novruz bayramı münasibətilə Çin hökuməti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Hazırda Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir, “Bir kəmər, bir yol”un birgə tikintisi çərçivəsində əməkdaşlıq güclənir, beynəlxalq arenada məhsuldar qarşılıqlı fəaliyyət dərinləşir.

Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və Sizinlə birlikdə ənənəvi dostluğumuzun möhkəmlənməsində, iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində bundan sonra da səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və əmin-amanlıq, dost Azərbaycan xalqına isə xoşbəxtlik və tərəqqi arzulayıram”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600