Gündəm

Salyanda Şəhidimiz dəfn olundu

7 Fevral 2025, 13:2249
Reklam728x90
Reklam320x100

Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin qalıqları 30 il sonra İmişlidə naməlum əsgər məzarlığında aşkar edilərək doğulduğu Salyan rayonuna gətirilib.

Avropa.info xəbər verir ki, Salyanda şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edib. Vida mərasimindən sonra şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyan rayonunun Seyid Sadıqlı kəndinin qəbristanlığında dəfn edilib.

Qeyd edək ki, Salyan rayonunun Seyid Sadıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Tağıyev Elşən Qubad oğlu 1994-cü ildə Fizuli uğrunda gedən döyüşlərdə şəhid olub və naməlum əsgər kimi İmişli məzarlığında dəfn olunub

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600