Manşet

Respublika Gənclər Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsi anılıb

20 Noyabr 2025, 11:3041
Reklam728x90
Reklam320x100

 

Bu gün Azərbaycan Respublikasının suverenliyində və ərazi bütövlüyünün qorunmasında, əsgərlərimizlə çiyin-çiyinə böyük qəhrəmanlıq göstərən, tibb xidməti baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anadan olmasından 65 il ötür.

Avropa.info xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Milli qəhrəmanlar unudulmur” silsiləsi çərçivəsində “İki andlı, iki zirvəli qəhrəman Gültəkin Əsgərova” adlı məlumat bülleteni hazırlanıb. Məlumat bülleteni Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlara dair ədəbiyyatı geniş oxucu kütləsi üçün, xüsusilə də gənclər arasında vətənpərvərliyi təbliğ etmək məqsədi ilə tərtib olunub.

Vəsaitdə “Döyüş yolu 20 Yanvar faciəsindən başlayan qəhrəman” ,“İki məzarı olan qadın qəhrəmanımız: “Deyirdi, güllələr yanımdan keçir, mənə dəymir…”, “Adı əfsanəyə çevrilən xanımlar – üç milli qəhrəman” adlı bölmələr altında Gültəkin Əsgərovanın şərəfli ömür yolu, irsi və xatirəsi haqqında geniş məlumat təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda qəhrəman xanım haqqında qələmə alınan kitabların, dövrü mətbuat nümunələrinin siyahısı yer alır. Məlumat bülletenində bu kitabların görüntüləri də sərgilənir.

“İki andlı, iki zirvəli qəhrəman Gültəkin Əsgərova” adlı məlumat bülleteni kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600