Manşet

Prezident İlham Əliyevin göstərişi ilə Suriyaya 200 ton yardım göndərildi

30 Dekabr 2024, 12:1217
Reklam728x90
Reklam320x100

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq göstərişinə uyğun olaraq Suriyada humanitar böhrandan əziyyət çəkən insanlara yardım məqsədilə yardım konvoyu yola düşüb.

Avropa.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.

XİN rəsmisi bildirib ki, yardım 200 ton qida və ərzaq məhsullarını əhatə edir.

Yardımın Suriyanın İdlib şəhərində ehtiyacı olan insanlara paylanması nəzərdə tutulub.

Ayxan Hacızadə yardımın qarşıdakı zamanda da davam edəcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyayada səfərdədir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600