Manşet

Prezident İlham Əliyev Viktor Orbani təbrik edib

23 Oktyabr 2024, 11:1310
Reklam728x90
Reklam320x100

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

 

Avropa.info-nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Baş nazir,

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Qarşılıqlı inam və etimada əsaslanan və gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. Ali səviyyədə qarşılıqlı anlaşma və fəal siyasi dialoqun mövcudluğu bunun üçün əlverişli zəmin və imkanlar formalaşdırmışdır.

Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvilərdə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600