Manşet

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Antalyada mühüm tədbirdə

11 Aprel 2025, 19:3755
Reklam728x90
Reklam320x100

 

Aprelin 11-də Türkiyənin Antalya şəhərində “Antalya Diplomatiya Forumu”nun açılış mərasimi keçirilib.

Avropa.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdə əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan giriş nitqi ilə çıxış etdi. O, Forumun əhəmiyyətini vurğuladı, tədbirdə çox nüfuzlu qonaqların iştirak etdiyini dedi.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Türkiyə dövlətinin başçısı hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayaraq, bu baxımdan Forumun roluna toxundu.

Qeyd edək ki, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan “Antalya Diplomatiya Forumu”nda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak edir.

Forum çərçivəsində müxtəlif formatlarda keçiriləcək 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılacaq.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600