Manşet

Prezident İlham Əliyev və xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

12 Dekabr 2024, 10:3816
Reklam728x90
Reklam320x100

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Avropa .info xəbər verir ki, Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

Dövlət Himnimiz səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıblar, məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600