Manşet

Prezident İlham Əliyev Paraqvay prezidentinə təbrik məktubu ünvanlayıb

14 May 2025, 11:3833
Reklam728x90
Reklam320x100

Azərbaycan Prezidenti İlham Əliyev Paraqvay Prezidenti Santyaqo Penyaya təbrik məktubu göndərib.

Avropa.info xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə

Azərbaycan-Paraqvay dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm”

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600