DİN məlumat yaydi: Qarabağda silah- sursat askarlanıb

  • 11:55 - 29 İyun

İyunun 22-28-də Xankəndi, Xocalı, Kəlbəcər və Laçında külli miqdarda silah -sursat askarlanib.

DİN-dən Avropa info-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 26 avtomat silahı, 3 pulemyot, 1 tapança, 3 tüfəng, 27 qumbara, 2 qumbaraatan, 36 alışdırıcı, 13 mərmi, 5 süngü-bıçaq, 115 patron darağı, 4780 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkarlanıb.

Kəlbəcər rayonunun Vəngli kəndi ərazisindən isə 1 avtomat silahı, 7 patron darağı, 255 ədəd müxtəlif çaplı patron tapılıb.

Həmçinin, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 4 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 12 qumbara, 10 alışdırıcısı, 10 ədəd patron darağı və 278 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Laçın rayonu ərazisindən isə 2 avtomat silahı, 1 tapança, 1 tüfəng, 13 qumbara, 3 süngü-bıçaq, 16 patron darağı və 270 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb


Oxunma sayı: 1420

Oxşar yazılar