Türk Dövlətləri Təşkilatının Şuşa sammitinin proqramı AÇIQLANDI

  • 14:52 - 01 İyul

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa sammitinin proqramı açıqlanıb.

Avropa.info TDT-yə istinadən xəbər verir ki, iyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçiriləcək toplantıda Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin iştirakı gözlənilir.

Bununla yanaşı, sammitə təşkilata müşahidəçi qismində üzv olan dövlətlərin liderləri, eləcə də qurumun Baş katibi də qatılacaq.

O da qeyd edilib ki, “Nəqliyyat Şəbəkəsi və İqlim Dəyişikliyi fonunda Dayanıqlı Bir Gələcəyin Qurulması” mövzusunda keçiriləcək toplantının gündəminin əsas mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.


Oxunma sayı: 1574

Oxşar yazılar