![](/ckfinder/userfiles/images/kriminal/sosial/%C5%9Fim%C5%9F%C9%99k%20ya%C4%9F%C4%B1%C5%9F%201682689211_138faeea-4895-4dcd-8153-d3771ae7cd1e%5B1%5D.jpg)
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
- 18:36 - 28 İyun
İyunun 29-dan iyulun 1-i axşamadək yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Avropa.info xəbər verir ki, bu barədə Milli Hidrometerologiya İdarəsindən bildirilib.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.