Biləsuvarda ağır qəza: 10-dan çox yaralı var

  • 17:34 - 28 İyun

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info report-a istinadla xəbər verir ki, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 10-dan çox sərnişin rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1629

Oxşar yazılar