Ukraynadan Rusiyaya daha bir ZƏRBƏ: Neft anbarı partladildi

  • 14:22 - 28 İyun

Ukrayna bu gecə təşkil etdiyi dron hücumu zamanı Rusiyanın Tambov vilayətindəki neft bazasında yanğın baş verib. 

Avropa .info Rusiya mətbuatına istinadən xəbər verir ki, Tambov vilayətinin başçısı Maksim Yeqorov Teleqram kanalında itki olmadığını yazıb. 

Neft anbarı Tambov vilayətinin Miçurin şəhəri ərazisində yerləşir. 

Yeqorovun sözlərinə görə, dərhal hadisə yerinə gələn 11 yanğınsöndürmə briqadası söndürmə işlərinə cəlb olunub. O qeyd edib ki, ən yaxın məskunlaşan ərazi 3 km məsafədədir və lazım gələrsə, sakinlər təxliyə olunacaq. 

“Bunun üçün hər şey hazırdır”, - deyə rayon rəhbəri əlavə edib.


Oxunma sayı: 1849

Oxşar yazılar