İranın dini lideri vətəndaşları səsvermədə iştirak etməyə ÇAĞIRDI

  • 12:25 - 28 İyun

İranın dini lideri Ayətullah Əli Xamneyi vətəndaşları ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində səs verməyə çağırıb. 

Avropa.info bildirir ki, İran lideri Xamenei Tehranda İmam Xomeyni adına zalda quraşdırılmış seçki qutusunda səs verib. 

Səsvermədən sonra jurnalistlərə açıqlama verən Xamneyi çıxışına mayın 19-da baş vermiş təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisi və digər yüksək rütbəli məmurların xatirəsini yad etməklə başlayıb. 

İran lideri sakinləri şübhə etməməyə və səsvermədə iştirak etməyə çağırıb. 

“İslam Respublikasının dünyada davamlılığı, sabitliyi, ləyaqəti və nüfuzu xalqın varlığından asılıdır. Bu səbəbdən dəyərli xalqımıza səsverməyə ciddi yanaşmağı və bu mühüm siyasi sınaqda iştirak etməyi tövsiyə edirik”, - deyə o bildirib.


Oxunma sayı: 1926

Oxşar yazılar