AVRO-2024: Türkiyə 1/8 finala çıxdı - VİDEO

  • 10:53 - 27 İyun

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun oyunlarına yekun vurulub.

Avropa.info xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da baş tutan Çexiya - Türkiyə qarşılşaması ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə millisindən Hakan Çalhanoğlu (51) və Cenk Tosun (90+4), Çexiyadan isə Tomaş Suçek (66) fərqlənib. Bu oyunda Çexiya komandasının iki üzvü - Antonin Barak (20) və Tomaş Çori (90) qırmızı vərəqə ilə meydandan qovulub.

Helzenkirhendəki "Feltins Arena"da keçirilən Gürcüstan - Portuqaliya qarşılaşması Gürcüstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

Bu nəticələrdən sonra Portuqaliya qrup lideri, Türkiyə millisi isə ikinci pillənin sahibi kimi 1/8 finala adlayıb. Gürcüstan ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanıb. 

Screenshot_12.png (11 KB)

Oxunma sayı: 2487

Oxşar yazılar