Gəncədə narkokuryerdən külli miqdarda narkotik götürülüb

  • 09:30 - 27 İyun

Gəncədə saxlanılan narkokuryerdən külli miqdarda heroin aşkarlanıb

Avropa .info xəbər verir ki, əvvəllər məhkum olunmuş Rafael Zeynalovdan 20 kq 755 qram “heroin” aşkar edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, R. Zeynalov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Gəncə şəhəri ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul və narkotik müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir


Oxunma sayı: 1343

Oxşar yazılar