Dağıstanda qanlı hücumlar: kilsə və sinaqoq atəşə tutulub, polislər güllələnib - YENİLƏNİB - VİDEO

  • 23:01 - 23 İyun

Son verilən məlumata görə, Mahaçqalada dörd silahlı məhv edilib.

Avropa.info bildirir ki, digər terrorçular yaşayış binasında gizlənir. Təhlükəsizlik qüvvələri hazırda yaşayış binasına hücum edir.

***

22:32

Hadisələrlə bağlı ilk xəbərlər Moskva vaxtı ilə saat 19-a yaxın görünməyə başladı.

Dağıstanın Daxili İşlər Nazirliyi əvvəlcə Dərbənddə naməlum şəxslərin sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutması barədə məlumat yayıb.

Dərbənd rəhbəri bildirdi ki, pravoslav kilsəsinə və sinaqoqa hücumdan sonra hüquq-mühafizə orqanları hadisədən xəbərdar edilib.

Daha sonra Mahaçqalada yol polisi postunun atəşə tutulması ilə bağlı məlumat yayılıb.

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib, atəş açanların axtarışı və zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

Təhlükəsizlik qüvvələri arasında itkilər barədə məlumat: 6 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 12-si yaralanıb, regional Daxili İşlər Nazirliyindən RİA Novosti-yə bildiriblər.

Mülki itkilərlə bağlı ilk məlumata görə, Dərbənddə bir keşiş, Mahaçqalada isə kilsənin mühafizəçisi öldürülüb. Bundan əlavə, Dərbənddə sinaqoq mühafizəçisi həlak olub.

Avropa.info bildirir ki, Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, iki silahlı məhv edilib.

Mahaçqalada hazırda vaxtaşırı atışmalar eşidilir, Dərbənddə də vəziyyət eynidir.

Dağıstanın Daxili İşlər Nazirliyi RİA Novosti-nin Mahaçqaladakı kilsədə girovların olması barədə məlumatı təkzib edib;

Kadırov terror aktını çirkin təxribat və dinlər arasında ixtilaf salmaq cəhdi adlandırıb.

Dövlət Dumasının Dağıstandan olan deputatı Abdulxakim Hacıyev hesab edir ki, respublikada baş verən terror aktının arxasında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətləri dayanır.

****
 

Rusiyanın Dərbənd və Mahacqala şəhərlərində kilsə və sinaqoqa hücum edən naməlum şəxslərin açdığı atəş nəticəsində 5 polis əməkdaşı öldürülüb.

Rusiya telegram kanalları hazırda hər iki şəhərdə təhlükəsizlik qüvvələrinin ayağa qaldırıldığını, Mahacqalada hərbi toqquşmaların baş verdiyini yazırlar.

Kilsə və sinaqoqa hücum edənlərdən 2 nəfəri məhv edilib. Bu barədə Baza telegram kanalı məlumat və video yayıb. Videoda asfaltın üzərində iki qara paltarlı şəxsin meyiti görünür.

Rusiya DİN Volkswagen Polo avtomobili ilə hadisə yerindən qaçan şəxslərin axtarışlarının davam etdiyinə dair məlumat yayıb.

Bəzi Telegram kanalları ölənlərin sayının daha çox olduğunu deyirlər.

Dərbənddə hücuma məruz qalan sinaqoqda güclü yanğın başlayıb.

Rusiya DİN Mahacqalanın Maqomedhacıyev küçəsində döyüş getdiyini açıqlayaraq, vətəndaşları o ərazidən uzaqlaşmağa çağırıb.


Oxunma sayı: 3004

Oxşar yazılar