Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başladı - YENİLƏNİB

  • 14:24 - 10 May

Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.

Avropa.info bildirir ki, "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.

Qeyd edək ki, görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.

--------
08:33

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Avropa.info xəbər verir ki, görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.

Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.


Oxunma sayı: 2377

Oxşar yazılar