
Sərhədsiz Reportyorlar: Medianı hədəfə almaq müharibə cinayətidir - VİDEO
- 21:10 - 03 Noyabr
Sərhədsiz Reportyorlar İsrailin Qəzzada mətbuata qarşı davam edən hücumlarını qınayıb və “Medianı hədəfə almaq müharibə cinayətidir” deyib.
Avropa.info xəbər verir ki, Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) yaydığı açıqlamada, İsrailin Qəzzada müxtəlif media qurumlarının, o cümlədən Fransa xəbər agentliyi France-Presse (AFP) və Əl-Cəzirənin ofislərinin yerləşdiyi qülləni hədəf aldığı bildirilib.
Açıqlamada bildirilir, "RSF İsrailin (Qəzzada) mətbuata qarşı davam edən hücumlarını şiddətlə qınayır. "Medianı hədəfə almaq müharibə cinayətidir".
Gazze s?n?r?nda TRT Haber ekibinin yak?n?na roket isabet etti. O anlar canl? yay?nda böyle kaydedildi. pic.twitter.com/1UEy3PIiTU
— TRT Haber Canl? (@trthabercanli) November 3, 2023