SON DƏQİQƏ! İzmirdə AK Partiyalı məclis üzvünə SİLAHLI HÜCUM

  • 22:05 - 10 İyul

İzmirdə Çiğli Bələdiyyəsinin AK Partiyadan olan məclis üzvü Nedim Aslan getdiyi bir iş yerində silahlı hücuma məruz qalıb.

Avropa.info xəbər verir ki, ayağından tapança ilə vurulan Aslan xəstəxanaya aparılarkən, silahlı şəxs hadisə yerindən qaçıb.

Hadisə Anadolu prospektindəki bir iş yerində baş verib. Çiğli Bələdiyyəsinin məclis üzvü Nedim Aslan getdiyi iş yerində naməlum şəxsin hücumuna məruz qalıb. Aslan tapança ilə ayağından yaralanarkən, hücum edən şəxs qaçıb.
 

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis gəlib. Hadisə yerinə gələn təcili yardım qruplarının ilk müdaxiləsindən sonra Aslan Çiğli Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Müalicə altına alınan Aslanın səhhətinin yaxşı olduğu öyrənilib.

Polis qaçan şübhəlinin şəxsiyyətinin müəyyən edilərək tutulması istiqamətində işlərə başlayıb.


Oxunma sayı: 7899

Oxşar yazılar