Ermənistan 8 kəndi hələ də işğal altında saxlayır - İlham Əliyev

  • 01:17 - 24 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını bildirib.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Emmanuel Makron isə Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Bundan əlavə, Prezident İlham Əliyev regional məsələlərə münasibətdə tarazlı və qərəzsiz davranışın vacibliyinə toxunaraq, Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə fəaliyyətlərin təəssüf doğurduğunu diqqətə çatdırıb.


Oxunma sayı: 12464

Oxşar yazılar