Kreml təşəbbüsü ələ almağa çalışır: Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb - AÇIQLAMA

  • 16:22 - 07 Dekabr

Kreml sahibi Vladimir Putinin təlimatıyla onun mətbuat katibi Dmitri Peskov patronunun diliylə “Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır” təklifini səsləndirib. 

Rusiya prezidentinin mətbuat katibinin dediklərini Avropa.info-ya şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Putinin məqsədi vasitəçilikdə Brüsseli qabaqlamaqdır. 

"İl ərzində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə 4 görüş keçirilib, 5-cisi noyabrda nəzərdə tutulmuşdu, olmadı, dekabra təxirə salındı. Ancaq Paşinyanın “görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak etsin” tələbi Brüssel görüşünü sual altına qoyub",- deyə o qeyd edib.

Elxan Şahinoğlunun sözlərinə görə, bundan istifadə edən Kreml təşəbbüsü ələ almağa çalışır: 

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya dəvət edilməsinin səbəblərindən biri də bu idi. Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Azərbaycan və Ermənistan liderlərinin ilin sonuna qədər görüşə biləcəyini istisna etmədiyini söylədi, ancaq məkan göstərmədi. Lavrovun Bayramovla görüşünün ardından Kreml məkan yerini göstərdi: “Görüş Rusiyada keçirilsin”. Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb".


Oxunma sayı: 2553

Oxşar yazılar