Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil oldu - VİDEO

  • 13:48 - 26 Avqust

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.


Oxunma sayı: 7206

Oxşar yazılar