Prezidentdən bölgədə sülhü pozmaq istəyənlərə SƏRT XƏBƏRDARLIQ

  • 18:33 - 02 May

Bu gün   dünyada dayanıqlı sülhün və qlobal təhlükəsizliyin təmin olunması Azərbaycanın yürütdüyü syasətin ana xəttini təşkil etdiyindən ölkəmiz   beynəlxalq münasibətlər sistemində bu istiqamətdə çox  aktiv rol oynayan ölkələrdən biri hesab olunur.

Bunu Avropa.info-ya açıqlamasında  Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə,   yürüdülən mqsədyönlü  siyasətin nəticəsidir ki, Azərbaycan qlobal sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində dialoq  mərkəzinə çevrilib.

"Hazırda Azərbayan  davam edən  “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda  təşkil edilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da  bu məqsədə xidmət edir. Forum çərçivəsində mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka kimi məsələlər müzakirə ediləcək. Forumda məhsuldar müzakirələ  getməkdədir və bu müzakirələr nəticə etibarı ilə qarşıya qoyulan hədəflərə öz töhfəsini verəcək", - o qeyd edib.

Forumun ən yadda qalan məqamının Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmə verdiyi mesajlar olduğunu qeyd edən deputat bildirib ki, ölkə başçısı Bakıdan çox ciddi mesajlar verdi:

"Bildirdi ki, Qərblə Şərqin  qovşağında yerləşən Azərbaycan çoxmədəniyyətli və çoxsaylı etnik qruplara malik bir ölkə olaraq  dünya üçün nümunə ölkədir. Azərbycanda dinindən, irqindən, milliyyətindən asılı olamayaraq bütün insanlar qarşılıqlı sülh və qarşılıqlı anlaşam içərisində yaşayıb bir-birinin mədəniyyətinə, dini inanncına hörmətlə yanaşır. 

Azərbaycanda fərqli olaraq özünü dünyanın aparıcı və inkişaf etmiş ölkələrində isə biz bunun əksinin şahidi oluruq.  Həmin ölkələrin, xüsusən də Fransanın  yürütdüyü  neokolonializm siyasəti nəticəsində  bir çox dünya xlaqları hələ də əziyyət çəkməkdədir. Bu ölkələrin yeni müstəmləkəçilik siyasəti nəticəsində dünyanın müxtəlif bölgələrində yeni münaqişələr yaşanmaqdadır. Bu gün dünya ciddi təhdidlələr üz-üzədir. XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara qarşı müstəmləkə  siyasəti anlaşılan deyil və bu yolverilməzdir. Azərbaycan hər zaman buna qarşı olub və haqq səsini ucaldıb. Çünki bu müstəmləkəçilik siyasəti dünyanın digır xalqlarını məcburi assimilyasiyaya aparan  iyrənc neokolonializm  siyasətidir. Azərbaycan buna göz yummayıb və yummayacaq da. Buna son qoyulmalıdır. Çox təəssüflər olsun ki, Avropa təsisatları da   bəzi Avropa ölkələrinin neokolonializm siyasətinə   dəstək verərək  Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə edirlər. Həmin Avropa təsisatalırnın missiyası demokratiya, insan haqları olsa da, biz onların başqa ölkələrə qarşı məkrli,çirkin oyunlarda alət olduğnun şahid oluruq. Cənab Prezident də Forumda çıxışı zamanı bütün bunları konkret şəkildə beynəlxalq ictimaiyyətinin diqqətinə çatdıraraq həmin ölkələrin  müstəmləkəçilik siyasətini bir daha ifşa etdi.

Cənab Prezident onu da bəyan etdi ki, məhz həmin ölkələrin destruktiv fəaliyyətinin nəticəsi olaraq Cənubi qafqazda dayanıqlı sülhə, sabitliyə nail olmaq mümkün deyil. Prezident həmin ölkələrə  ciddi xəbərdarlıq edərək bildirdi ki, Azərbaycan  müharibə yolu ilə sülhə nail olub və bunu nəzərə almalıdır.  Prezidentin bu mesajı  Cənubi Qafqazda sülhə mane olan qüvvələrə ciddi xəbərdarlıq idi. Ölkə başçısı açıq mesaj verdi ki, onların  bölgədə sülhü pozacaq istənilən cəhdinin qarşısı qətiyyətlə alınacaq. Heç bir qüvvəyə bölgədə sülhü pozmağa imkan verilməyəcək. Ölkə başçısının bəyan etdiyi kimi, artıq ermənilər də bunu anlayır ki,  Azərbaycan bölgədə sülhü bərqərar etməkdə qətiyyətlidir. Azərbaycan qalib ölkə olsa da, bölgədə sülhün təmin olunması ilə bağlı sülh gündəliyini təklif edib və bu gündəliyə uyğun da danışıqlar prosesi gedir. Əminəm ki, Azərbaycanın bölgədə sülh siyasəti tez bir zamanda müsbət sonluqla nəticələnəcək. İndiydək Ermənistana havadarlıq edib sülhü pozan qüvvələrin niyyətləri boşa çıxacaq".


Avropa.info


Oxunma sayı: 4709

Oxşar yazılar