Ersin Tatar: Şərqi Aralıq dənizində baş verən son hadisələr KKTC-nin mövqeyini gücləndirir

  • 18:36 - 10 Avqust

Şərqi Aralıq dənizində baş verən son hadisələr, o cümlədən dördüncü və ən müasir qazma gəmisinin Türkiyədə - "Əbdülhəmid xan" missiyasının işə salınması Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) mövqeyini gücləndirir. 

Avropa.info xəbər verir ki, bunu KKTC prezidenti Ersin Tatar Türkiyənin Karaman vilayətinin valisinin administrasiyasına səfəri zamanı deyib. 

Onun sözlərinə görə, KKTC və Türkiyənin regionda maraqlarının qorunması istiqamətində atılan addımlar hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. 

Kıbrıs türk lideri əhalisi ədalətsiz embarqoya müqavimət göstərməli olan KKTC-nin üzləşdiyi çətinliklərə diqqət çəkib. 

“Türkiyənin dəstəyi sayəsində ölkəmiz inkişaf edir. Lefkoşanın mövqeləri, o cümlədən Şərqi Aralıq dənizində yataqların işlənməsi baxımından möhkəmlənir”, - deyə o vurğulayıb. 

Tatar 2025-ci ildə keçiriləcək növbəti VI İslam Həmrəyliyi Oyunlarında ŞKTC idmançılarının da iştirak edəcəyinə ümid etdiyini bildirib.


Oxunma sayı: 3752

Oxşar yazılar