9000 illik tarixi ilə 5 sivilizasiyanı birləşdirən, Mesapatomiyanın incisi Diyarbakır - Ruslan Bəşirli Diyarbakırdan yazır (FOTOLAR)

  • 15:26 - 14 İyun

Türkiyə Kültür və Turizm Nazirliyi tərəfindən tanıtım məqsədi ilə Diyarbakır, Mardin və Batmana 4 günlük səfər təklifi gəlincə bu təklifi böyük məmnuniyyətlə qəbul etdim. Türkiyənin cənub-şərq vilayətlərindən Şanlıurfa və Qaziantepi daha öncə 1 günlük ziyarət etsəm də, bölgənin tarixini, mədəniyyəti ilə daha geniş tanışlıq üçün bu səfər necə deyərlər, göydəndüşmə oldu. Tarixi Mesapatomiya ovalığına düşən, ən müxtəlif mədəniyyətlərə ev sahibliyi edən  və qədim abidələri ilə məşhur olan bu ərazilərlə tanışlıq həqiqətən də hər jurnalistin arzu edəcəyi bir olaydır. 

Diyarbakır Türkiyənin Cənub-Şərq  Anadolu bölgəsində yerləşən bir şəhərdir. Çin Səddindən sonra dünyanın ikinci ən uzun qalası olan tarixi Diyarbakır qalasının əhatələdiyi, Dəclə çayının sahilində yüksək bir yaylanın ətrafında yerləşən şəhər Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində Şanlıurfadan sonra ikinci ən böyük şəhəridir. 9000 illik tarixə malik Diyarbakır  tarixi abidələri ilə yerli və xarici turistlərin diqqətini çəkən, ən qədim insan məskənlərindən tutmuş tarixi Mesapatomiya, qədim Roma, orta əsr İslam və Türk mədəniyyətlərini birləşdirən möhtəşəm bir şəhərdir.  

Diyarbakır Surları - Diyarbakır Sur Suriçi

Arxeoloji tədqiqatlar paleolit ​​və mezolit dövrlərində şəhər ətrafındakı bəzi mağaralarda insanların yaşadığını üzə çıxarıb. Bu yaşa aid bəzi qalıqlar Eğil-Silvan yaxınlığındakı Hassuni mağaralarında və Dəclə qollarında Erqani yaxınlığındakı Hilar mağaralarında tapılıb. Son dövrlərdə aparılan arxeoloji qazıntılarda Ergani qəsəbəsi yaxınlığında yerləşən, neolit ​​dövrünə aid edilən və eramızdan əvvəl 8000-6000-ci illərə aid olan Çayönü yaşayış yeri şəhərin keçmişini bir daha ortaya qoyur. Tarix boyu Amida, Amid, Kara-Amid, Diyar-Bekr, Diyarbəkir kimi adlarla anılan şəhər Cənub-Şərqi Anadolunun orta hissəsində, Mesopotamiyanın şimal hissəsində Əl-Cəzirə adlanan yerdə yerləşir.

Açıklama yok.

Diyarbakırda arxeloji qazıntılar nəticəsində tapılmış əşyalar

Diyarbakrın mərkəzində təxminən eramızdan əvvəl 3000-ci illərdə Hitit və Hurri-Mittani hökmranlığı olub. Eramızdan əvvəl 1260-cı ilə qədər davam edən bu hökümranlıqdan sonra Asurlar, Aramilər, Urartular, İskitlər, Midiyalar, Əhəmənilər , İsgəndərin komutanı olduğu Makedoniyalılar, Selevkilər, Parfiyalılar, Roma İmperiyası və Bizans İmperiyası şəhərə hakim olub. İslamın doğuluşundan sonra Həzrəti Ömərin (r.a) dönəmində böyük sərkərdə Xalid bin Validin (r.a) komutanı olduğu İslam Ordusu Diyarbakırı Fəth edib. Şəhəri ilk girən də məhz Xalid bin Valid (r.a) olub. Dörd Xəlifə dönəmindən sonra Əməvilər, Abbasilər, Həmədanilər, Mərvanilər Diyarbakıra sahib olublar. Səlçuklu hökumdarı Sultan Alparslan Malazgirt Meydan Savaşından bir il öncə Diyarbakıra gəlib. Mərvanilər Sultan Alparslanı böyük coşqu ilə qarşılayaraq, Malazgirt savaşında Səlçuklu hökumdarına hərbi dəstək veriblər. Daha sonra isə Səlçuklu Böyük Səlçuklu dövlətinin tərkibinə keçiblər. Daha sonra İnaloğulları, Artuklular, Əyyubilər, Mogollar Diyarbakıra sahib olublar. Ağqoyunlu dövlətinin qurulması ilə birlikdə şəhər bu dövlətin paytaxtına çevrilib. 1508-ci ildə Diyarbakır Səvəfilər tərəfindən ələ keçirilib. 1515-ci ildə Osmanlı Sultanı Yavuz Sultan Səlim Diyarbakırı Osmanlı torpaqlarına qatıb. Türkiyə Cumhiriyyəti dövlətinin quruluşundan sonra da Diyarbakırın inkişafı üçün böyük səy göstərilib. Şəhər əski və yeni Diyarbakır olmaqla iki hissədən ibarətdir. Əski Diyarbakırın tarixi yapısı qorunaraq saxlanılır. Yeni Diyarbakırda isə xüsusilə də son 20 ildə geniş yollar, xəstəxanalar, məktəblər, modern tikililərlə böyüyərək, inkişaf edib. Yeni Diyarbakır quru, hava və dəmir yolları ilə Türkiyənin, eləcə də dünyanın dörd bir tərəfi ilə bağlanmış modern bir şəhərdir.

Şəhəri ziyarət edən turistlər tarixi abidələrlə yanaşı, yüksək səviyyəli otellər, Cənub- Şərqi Anadoluya məxsus dadlı təamlarla səfərin keyfini çıxara bilərlər. Minlərlə il kürd, türk, suryani, ərəb, zaza xalqlarının iç-içə yaşadığı Diyarbakırın bu mədəniyyətlərin birləşməsindən ibarət yemək mədəniyyəti də çox zəngindir. Mətbəxin əsas inqrediyentləri quzu əti, yerli ədviyyatlar (sumak, keşniş, qara bibər), düyü, sakatat, kərə yağı və bulqurdur. Diyarbəkir lahmacunu və kadayıfı ilə yanaşı pendiri ilə də məşhurdur. Ən məşhur yeməklər qabırğa dolması, içli köftə, sac tava, məftunə və ciyər kababıdır. 

DİYARBAKIR ULU CAMİ

Anadolunun ən qədim məscidi olaraq bilinir. 639-cu ildə müsəlmanların Diyarbakırı Fəth etməsindən sonra Martoma kilsəsi əlavələr tikilməklə məscidə çevrilib. 1091-ci ildə Böyük Səlçuklu hökumdarı Melikşah məscidi əski yapısına toxunmamaqla daha da böyüdərək, Anadolunun gözü olan böyük kompleksə çevirib. Melikşah, kompleksin ortasındakı böyük həyətin şərq və qərbində maksurələr, cənubda Hənifilər məscidi, şimalda Şafiilər məscidi, Məsudiyə mədrəsəsi, qərb girişinə yaxın Zinciriyə mədrəsəsi tikdirib.   

Açıklama yok.

Diyarbakır Ulu Cami  

Erkən İslam dövrünün məşhur Şam Əməvi Məscidinin (oxşarlıqlarına görə) Anadoluda əksi olaraq bilinən Diyarbakır Ulu Cami İslam dünyasının 5-ci Hərəm-i Şərifi olaraq qəbul edilir. Məsciddə kibernetikanın atası sayılan məşhur alim Əl-Cəzərinin hazırladığı günəş saatı da var.

Behram Paşa Camii

Behram Paşa Cami 1572-ci ildə Diyarbəkir valisi Behram Paşanın istəyi ilə Memar Sinan tərəfindən tikilmiş Osmanlı əsəridir. Məscidin tikintisinə qapısında yazılan kitabəyə görə 1564-cü ildə başlanmış və 1572-ci ildə tamamlanmışdır. Məscidin çox bəzəkli minbəri sənət əsəridir. Tamamilə yonma daşdan hazırlanıb. Tək günbəzlidir. Cənuba daş hörgülərinin əlavə edilməsi və yerli xüsusiyyətlərin əlavə edilməsi ilə Osmanlı memarlığının əsas sxemlərinin qaldığını, lakin yerli ənənələrdən qidalanaraq bir az fərqli xarakter aldığını müşahidə edirik. Giriş qapısının üstündəki sağ və sol platformalarda modern konstruksiyalardan istifadə edilməsi alimlərin diqqətini cəlb edir. 

Açıklama yok.

Məryəm Ana Suryani Kilsəsi

Məryəm Məryəm Kilsəsi Mor Yakup Kilsəsi olaraq da bilinir. Diyarbakırın Sur rayonunda yerləşən tarixi abidədir. Kilsə pravoslav suryanilərə məxsusdur. 3-cü əsrdə tikildiyi bildirilən kilsədə əski Roma dövrünə aid bir qapı və Bizans dövrünə aid bəzəklər var. İki həyətdən ibarətdir. 

Açıklama yok.

Əsas həyət bayır qapıdan daxil olan birinci həyətdir. Həyətin şərqində kilsə binası, qərbində isə giriş qapısı və kiçik bir bağ yerləşir. Həyətdə kiçik hovuzu da var. Diyarbakırda yaşayan suryanilər burada ibadət edirlər. Lakin, kənar bölgələrdə yaşayan suryanilər də bu kilsəyə ibadət üçün gəlirlər.

ARDI VAR, 

Ruslan Bəşirli

Bakı- İstanbul- Diyarbakır

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Bərham Paşa Cami

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Oxunma sayı: 78101

Oxşar yazılar