İran Körfəzdə iki gəmini saxlayıb

  • 21:20 - 24 Aprel

İran Körfəzdə yanacaq qaçaqmalçılığına şübhəli bilinən xarici ölkələrə məxsus iki gəmini saxlayıb.

Bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Hərbi dəniz qüvvələrinin ikinci bölgə üzrə bölməsinin sözçüsü Qulamhüseyn Hüseyni deyib.

O bildirib ki, Körfəzin şimalında 200 min litr yanacaq daşıyan gəmi və gəminin 8 heyət üzvü saxlanılıb.

Gəminin hansı ölkəyə məxsus olduğu haqda məlumat verilməyib.

Daha bir gəmi isə 150 min litr yanacaqla saxlanılıb. Bu gəmi yanacağı qonşu ölkələrdən biri üçün daşıyırmış.(apa)


Oxunma sayı: 5578

Oxşar yazılar