Avropa İttifaqı Şurasının rəhbəri Putini Ukrayna şəhərlərində humanitar dəhlizləri açmağa çağırıb

  • 16:24 - 22 Aprel

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Rusiya prezidenti Vladimir Putini qarşıdan gələn pravoslav Pasxa bayramı münasibətilə dərhal Ukrayna şəhərlərində humanitar dəhlizlər açmağa çağırıb. 

Avropa.info xəbər verir ki, Mişel Rusiya dövlətinin başçısı ilə telefon danışığının nəticələrini aprelin 22-də "Tvitter"də açıqlayıb. 

“Prezident Putinlə telefon danışığım olub. Mən onu xüsusilə pravoslav Pasxa bayramı münasibəti ilə Mariupol və digər mühasirəyə alınmış şəhərlərdən humanitar yardımın və təhlükəsiz çıxışın dərhal təmin edilməsini qətiyyətlə tələb etdim”, - deyə Avropa İttifaqı Şurasının prezidenti yazıb. 

Bundan əlavə, Mişelin sözlərinə görə, Putinlə söhbətində o, Aİ-nin Ukraynadakı “xüsusi əməliyyat”a mənfi münasibətini təsdiqləyib. 

Mişelin Putinlə əvvəlki söhbəti martın 15-də baş tutub. Sonra tərəflər Rusiya və Ukrayna arasında danışıqlar prosesini müzakirə ediblər.


Oxunma sayı: 3730

Oxşar yazılar