BMT: Rusiyanın Ukraynaya qarşı hərəkətləri “müharibə cinayəti” sayıla bilər

  • 16:19 - 22 Aprel

Rusiya ordusu heç bir fərq qoymadan Ukrayna yaşayış məntəqələrini bombalamaqdan, dinc əhalini öldürməkdən, mülki infrastrukturu, o cümlədən xəstəxana və məktəbləri dağıtmaqdan istifadə edir. Bütün bu hərəkətlər “müharibə cinayətləri” maddəsinə aid edilə bilər. 

Avropa.info xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet deyib. 

BMT-nin Cenevrədəki ofisində həftəlik brifinqdə bəyanatın mətnini BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Ravina Şəmsadani oxuyub. 

"8 həftə ərzində Ukraynada beynəlxalq humanitar hüquq nəinki məhəl qoyulmadı, həm də açıq şəkildə kənara çəkildi", Baçelet vurğulayır. 

Ali komissar dinc əhalinin ölümünə və Rusiyanın hücumu nəticəsində Ukraynanın hazırda yaşadığı humanitar böhrana işarə edib. 

Baçelet tərəfləri beynəlxalq insan hüquqları standartlarına hörmət göstərməyə çağırıb. 

BMT nümayəndəsi xatırladıb ki, aprelin 8-də Rusiya Donbasın Kramatorsk şəhərində dəmiryol vağzalını kasset bombaları ilə atəşə tutub, nəticədə 60 mülki şəxs ölüb, 111 nəfər yaralanıb. 

Eyni zamanda o, Ukrayna təhlükəsizlik qüvvələrinin hərəkətlərini də tənqid edib. 

Onun sözlərinə görə, BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası (HRMMU) Ukrayna Silahlı Qüvvələrinin Ukraynanın şərqində yaşayan sakinlərə qarşı silahdan istifadəsini sənədləşdirib ki, bu da mülki əhalinin tələfatına və mülki obyektlərin zədələnməsinə səbəb olur. 

Fevralın 24-dən aprelin 20-dək olan müddətdə ən azı 2345 mülki şəxs Rusiya-Ukrayna müharibəsinin qurbanı olub, 2919-u yaralanıb, Ali Komissarın bəyanatında deyilir. 

O qeyd edib ki, dinc əhali arasında itkilərin 92,3 faizi Ukrayna ordusunun nəzarətində olan ərazilərdə qeydə alınıb. 

Baçelet mülki vətəndaşların ölən və yaralananların sayının daha çox ola biləcəyini vurğulayıb.


Oxunma sayı: 2355

Oxşar yazılar