Almaniya kansleri Ukraynaya yeni silah tədarükünün anonsunu verdi

  • 16:52 - 22 Aprel

Yaxın vaxtlarda Almaniya Ukraynaya tank əleyhinə silahlar, minalar və artilleriya sursatları göndərəcək. Bundan əlavə, ölkə Qərb silahları ilə müdafiə qabiliyyətinin gücləndirilməsində iştirak etməyi planlaşdırır. 

Avropa.info bildirir ki, bunu “Spiegel”ə müsahibəsində Almaniya kansleri Olaf Şolz deyib.

Almaniya kansleri vurğulayıb ki, Ukraynanın şərqinə maşın və artilleriya tez bir zamanda yerləşdirilə bilər. Berlin Ukrayna hərbçilərinə öz silahları ilə işləməyi öyrətməyə də hazırdır. 

"Hərbi texnika uzunmüddətli təlim keçmədən, əlavə maddi-texniki təchizat olmadan, bizim ölkələrin əsgərləri olmadan istifadə oluna bilməlidir. Bunun ən sürətli yolu ukraynalıların yaxşı tanış olduğu sovet silahlarıdır. Ona görə də təsadüfi deyil ki, bəzi Şərq Avropalı NATO tərəfdaşları indi bu cür silahları tədarük edirlər”, o əlavə edib. 

Şolzun ​​fikrincə, Almaniya ortamüddətli perspektivdə Ukraynaya müdafiə qabiliyyətini, o cümlədən Qərb silahlarının köməyi ilə təkmilləşdirməyə kömək edəcək.


Oxunma sayı: 2586

Oxşar yazılar