Ukraynada təyyarə qəzaya uğradı – Ölən və yaralılar var (YENİLƏNİB)

  • 16:34 - 22 Aprel

Ukraynanın Zaporojye vilayətində An-26 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. 

Avropa.info bildirir ki, illkin məlumata görə, təyyarə qanadı ilə elektrik ötürücü qülləyə toxunub, nəticədə mühərriklərdən biri yanıb. 

Təyyarə texniki uçuşda olub.

***

14:50

Cümə günü, aprelin 22-də səhər saatlarında An-26 hərbi-nəqliyyat təyyarəsi Zaporojye vilayətində qəzaya uğrayıb.

Avropa.info bildirir ki, bu barədə Zaporojye rayon polis idarəsindən məlumat verilib.

"Bu gün səhər saatlarında AN-26 təyyarəsi Zaporojye vilayətinin Volnyanski rayonunda qəzaya uğrayıb", - məlumatda deyilir.

Təyyarənin texniki uçuş həyata keçirdiyini bildirilib.

"Zərərçəkənlər var. Vəziyyətlər araşdırılır. Təfərrüat daha sonra olacaq", - məlumatda qeyd edilir.


Oxunma sayı: 2685

Oxşar yazılar