Şərqi Donbasda şiddətli döyüşlər davam edir - Britaniya kəşfiyyatı

  • 13:09 - 22 Aprel

Rusiya Prezidenti Vladimir Putinin "Azovstal" polad zavodunu blokadaya almaq qərarı çox güman ki, Mariupoldakı Rusiya qüvvələrinin bir hissəsini Ukraynanın şərqindəki başqa yerlərə yerləşdirilməsi üçün döyüş əməliyyatlarından azad etmək niyyətindən xəbər verir.

Avropa.info APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiyanın zavoda qurudan genişmiqyaslı hücumu ehtimal ki, onun əhəmiyyətli itkilər verməsi ilə nəticələnərək ümumi döyüş effektivliyini daha da aşağı sala bilər.

Məlumatda vurğulanıb ki, Rusiya bölgə ilə bağlı planlarının bir hissəsi olaraq Barvenkove, Popasnaya kimi yaşayış məntəqələrinə doğru irəliləməyə davam etmək niyyətindədir və bu səbəbdən Şərqi Donbasda şiddətli atəş və döyüşlər davam edir.

Əlavə olunub ki, Rusiya hələ də münaqişənin əvvəlində verdiyi itkilərdən əziyyət çəkir və tükənmiş qüvvələrini bərpa etmək məqsədi ilə işlək olmayan texnikanı təmir üçün Rusiyaya tranzitlə geri qaytarmağa çalışır.


Oxunma sayı: 2135

Oxşar yazılar