"Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyir" - Rusiya Müdafiə Nazirliyi

  • 00:21 - 16 Aprel

 Rusiya Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun Ağdərə istiqamətində irəliləməsi haqqında məlumat yayıb.

Avropa.info xəbər verir ki, bu haqda Rusiya MN-nın rəsmi bülletenində bildirilib.

Məlumatı Ermənistana aid telegram kanalları da tirajlayır. Bəzi məlumatlara görə, artıq Tərtər rayonunun Yarımca kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib və bu da Ağdərə istiqamətinə alverişli çıxışa şərait yaradır.

Qeyd edək ki, Ağdərə rayonu və bütövlükdə Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan Ordusu BMT-nin tanıdığı Azərbaycan ərazisinin sərhədi daxilindədir. Azərbaycan öz ərazisində hərbi, yaxud xüsisi əməliyyatı həyata keçirmək hüququna malikdir və bunun üçün heç bir yerdən icazə almamalıdır.


Oxunma sayı: 29250

Oxşar yazılar