SON DƏQİQƏ: Ukrayna iki raket zərbəsi ilə "Moskva"nı VURDU - ""Moskva" yanır, dənizdə isə tufan var..." (FOTO)

  • 01:05 - 14 Aprel

Rusiya Qara Dəniz Donanmasının “Moskva” raket kreyseri (Kreyser böyük hərbi gəmilərin siniflərindən biridir:red) Ukraynanın “Neptun” raketləri ilə vurulub.

Avropa.info xəbər verir ki, bu haqda Ukrayna mediası məlumat yayıb. Məlumat Odessa Regional Administrasiyası tərəfindən təsdiqlənib.

""Moskva" kreyseri indicə iki "Neptun" raketi ilə vurulub. O, yanır. Dənizdə isə tufan var", -deyə ukraynalı jurnalist Serj Marko sosial media hesabında yazıb. 

Odessa Vilayət Administrasiyasının rəhbəri Maksim Marçenko Rusiya kreyserinin vurulduğunu təsdiqləyib.

"Qara dənizi qoruyan "Neptun" raketləri Rusiya gəmisinə çox ciddi ziyan vurdu", - deyə Marçenko bildirib. 

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç vəkil və hüquq müdafiəçisi Mark Feyqinə müsahibəsində deyib ki, “Moskva” kreyseri yanır.

"Dəniz donanmasının flaqmanı "Moskva" kreyserində gözlənilməz hadisə baş verib. Yanır... 510 ekipaj üzvü var, nə baş verdiyini başa düşə bilmirik. Siqaretdən ola bilərmi?", - deyə Arestoviç canlı yayımda zarafatla bildirib.


Oxunma sayı: 51206

Oxşar yazılar