Rusiyadan ABŞ və NATO-ya "vuracağıq" təhdidi: "Ukraynaya silah daşıyan ABŞ maşınları hərbi hədəfimiz olacaq"

  • 23:58 - 13 Aprel

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov işğal hücumlarının davam etdiyi Ukrayna ərazisinə silah daşıyan ABŞ və NATO maşınlarını "qanuni hərbi hədəf" olaraq gördüklərini bildirib.

Avropa.info xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyinə müsahibə verən Ryabkov Qərb ölkələrinin Ukraynadakı addımlarını dəyərləndirib.

Ryabkov ABŞ-ın Ukraynaya silah dəstəyi verdiyinə diqqət çəkərək, belə bir şəraitdə ABŞ administrasiyası ilə Ukraynadakı vəziyyətlə bağlı geniş təmasların mənasız olduğunu bildirib.

"Eyni zamanda, biz amerikalılara və digər qərblilərə izah etməyə çalışırıq ki, əməliyyatımızı ləngitmək, Rusiya hərbi birləşmələrinə zərər vurmaq cəhdlərinin qarşısı alınacaq. Biz onlara xəbərdarlıq edirik ki, Ukrayna torpaqlarında fəaliyyət göstərən ABŞ-NATO silahlı maşınları qanuni hərbi hədəflər hesab edilir", - deyə Sergey Ryabkov qeyd edib.


Oxunma sayı: 9340

Oxşar yazılar